Beynəlxalq Qızıl Xaç Komitəsi bu ilin yanvar-iyun ayları ərzində döyüşlər gedən ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat keçirib. Bu haqda BQXK-nın Azərbaycan nümayəndəliyi oktyabrın 13-də məlumat verib.
İtkin düşmüş şəxslərin ailələrinə dəstək göstərilib. 67 ailəyə nağd pul yardımı edilib. 30 müşayiətçi itkin düşmüş şəxslərin ailələrinə COVID-19 pandemiyası və eskalasiya ilə əlaqədar məsafədən dəstək göstərməyə davam edir.