İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştləri, sosial sığorta və digər güzəştlər tətbiq ediləcək. Bu, Prezident İlham Əliyevin 10 dekabr tarixində imzaladığı sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə sözügedən istiqamətdə təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.