Aprelin 18-dən 23-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 46, tank əleyhinə 126 mina aşkarlanıb. Bu barədə 25 aprel tarixində Minatəmizləmə Agentliyi məlumat verib.
Məlumata əsasən, həmçinin 170 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Qeyd olunub ki, nəticədə 475,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.