Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçuşlar fevralın 18-dən bərpa olunacaq. Bu barədə “Azərbaycan Hava Yolları” QSC 1 fevral tarixində məlumat verib.
Məlumatda bildirilib ki, uçuşlar həftənin çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.