AZAL martın 17-dən etibarən Bakıdan Rusiyanın Sankt-Peterburq şəhərinə uçuşları bərpa edəcək. Bu barədə yanvarın 31-də qurumdan məlumat verilib.
Reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Aviabiletləri AZAL-ın rəsmi saytından və yaxud akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Pandemiya dövründə sözügedən ölkəyə giriş qaydaları ilə buradan tanış olmaq olar.