AZAL: Bakı-Naxçıvan təyyarəsi texniki səbəblərdən geri qayıtmalı olub
Bu gün, aprelin 30-da Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş limanına qayıtmaq qərarına gəlib. Bu barədə AZAL-dan məlumat verilib.
Təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.