“Azərbaycan Hava Yolları” QSC oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb. Bu haqda AZAL məlumat verib.
Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq.