Dekabrın 1-dən etibarən Azərbaycandan Rusiyanın paytaxtı Moskvanın “Vnukovo” hava limanına xüsusi reyslər həyata keçiriləcək. Bu haqda AZAL məlumat yayıb.
Həmin tarixdən, həmçinin “Domodedovo” hava limanına reyslərin sayı artırılacaq. Hər iki hava limanına uçuşlar hər gün baş tutacaq. Beləliklə, Bakıdan Moskvaya reyslərin ümumi sayı həftədə 14 reysə çatdırılacaq. Aviabiletləri AZAL-ın rəsmi saytından və yaxud akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Pandemiya dövründə sözügedən ölkəyə giriş qaydaları ilə buradan tanış olmaq olar. Qeyd edək ki, Rusiyadan Azərbaycana geri qayıtmaq üçün sərnişinlərdə uçuşdan 72 saat əvvəl verilmiş PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd olmalıdır.