Cari ilin mayın 6-dan etibarən AZAL Naxçıvan-Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayır. Bu barədə 29 aprel tarixində AZAL-ın Telegram səhifəsində məlumat verilib.
Məlumata əsasən, aviabiletləri AZAL-ın Bakı, Naxçıvan və Sumqayıt şəhərlərindəki satış ofislərindən əldə etmək olar. Yaxın günlərdə AZAL-ın rəsmi saytında da biletlər mövcud olacaq.