May ayının 21-dən “Azərbaycan Hava Yolları” aviaşirkəti İtaliyanın Milan şəhərinə uçuşları bərpa edəcək. Bu barədə 5 aprel tarixində AZAL-ın rəsmi səhifəsində məlumat verilib.
Reyslər çərşənbə və şənbə günləri həyata keçiriləcək. İtaliya ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlər aviaşirkətin saytında dərc olunmuşdur. Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür.
Qeyd edək ki, Azərbaycan və İtaliya arasında müntəzəm hava əlaqəsi pandemiya səbəbindən dayandırılmışdır.