Azərbaycan bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Alma Cup" beynəlxalq turnirində üç qızıl medal qazanıblar. Bu barədə 16 avqust tarixində Report Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumat verib.
Məlumata görə, yığma üzvləri iki nominasiyada isə qalib olublar.
Gənclər arasında Fidan Qurbanlı çoxnövçülükdə (gürzlər və lent) qızıl mükafat əldə edib. O, "Miss Grace" nominasiyası üzrə də birinci yerə layiq görülüb.
Yeniyetmələrdən isə Nur Sadıqova (halqa və top) və Alina Kolesnikova (gürzlər və lent) çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sadıqova "Miss Grace" nominasiyasında da fərqlənənlər arasında yer alıb.