Azərbaycan gömrükçüləri ölkəyə gətirilən poçt göndərişlərində dərmanlar aşkarlayıb. Bu barədə aprelin 21-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, “poçt göndərişləri” gömrük postunda Türkiyədən Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olan Azərbaycan vətəndaşının ünvanına göndərilən yükə baxış keçirilib.
Baxış zamanı yataq dəsti kimi göstərilən yükün içərisindən 74 ampula tapılıb.
Faktla bağlı araşdırma aparılır.