Azərbaycan boksçuları Ermənistanda mayın 21-31-də keçiriləcək kişi boksçular arasında Avropa çempionatında iştirak etməyəcək. Bu barədə Qərar 27 aprel tarixində Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin iclasında qəbul edilib.
Azərbaycan yığmasının yarışa qatılmaması səbəbləri Beynəlxalq Boks Assosiasiyasına may ayında keçiriləcək seçkilər, idmançılarımızın boks üzrə dünya çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamların nəzərə alınmasıdır.