top
Azərbaycan səfiri etimadnaməsini Banqladeş Prezidentinə təqdim edib
22 oktyabr 2024, 01:55
- ↺ +

Azərbaycan səfiri etimadnaməsini Banqladeş Prezidentinə təqdim edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabrın 21-də Azərbaycan Respublikasının Banqladeş Xalq Respublikasına yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini bu ölkənin Prezidenti Məhəmməd Şahabuddinə təqdim edib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Banqladeş Xalq Respublikasındakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxt Dəkkə şəhərində baş tutmuş rəsmi təqdimetmə mərasimindən sonra səfiri qəbul edən Prezident M. Şahabuddin təyinatı münasibətilə onu təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını ona çatdırıb. Minnətdarlığını bildirən Banqladeşin dövlət başçısı öz növbəsində onun səmimi salamlarını həmkarına çatdırmağı xahiş edib. Söhbət əsnasında Azərbaycan və Banqladeş arasında çoxtərəfli formatlarda səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, ikitərəfli əlaqələrin daha da genişləndiriməsinin vacibliyi vurğulanıb.

Dəkkəyə səfəri zamanı səfir E.Hüseynli Nobel sülh mükafatı laureatı və hazırda ölkənin baş naziri səlahiyyətlərini icra edən Banqladeş Xalq Respublikasının Müvəqqəti Hökumətinin Baş müşaviri Dr. Məhəmməd Yunus və Ətraf Mühit, Meşə və İqlim Dəyişikliyi Nazirliyinin müşaviri (nazir vəzifəsini icra edən) Sayeda Rizvana Hasan tərəfindən qəbul edilib, Xarici İşlər Nazirliyində bir neçə görüş keçirib. Görüşlərdə ölkələrimiz arasında iqtisadi-ticarət, turizm, hava bağlantısı, mədəniyyət və təhsil sahələrində ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı, əlaqələrin inkişafı üçün mübadilə və təmasların intensivləşdirilməsi razılaşdırılıb. Həmsöhbətlərə Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi və qlobal təşəbbüsləri, inkişaf etməkdə olan kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələrə dəstək üzrə fəaliyyəti, COP29 öncəsi Bakıda təşkil edilmiş əhəmiyyətli tədbirlər və onların nəticələri barədə məlumat verilib. Ölkəmizin təşəbbüskarı olduğu COP29 naminə Birgə Atəşkəs Çağırışına Qoşulmama Hərəkatı çərçivəsində Banqladeşin göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.

Dr. Məhəmməd Yunus bu ilin mart ayında XI Qlobal Bakı Forumunda iştirak məqsədilə, habelə əvvəlki illərdə ölkəmizə etdiyi səfərləri məmnunluqla xatırladığını bildirib. O, Azərbaycan Respublikası Prezidentinin dəvəti əsasında Banqladeş Müvəqqəti Hökumətinin rəhbəri kimi noyabrın 12-13-də Bakıda İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinə qatılacağını diqqətə çatdırıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Bu gün, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Bu gün, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Bu gün, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Bu gün, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Bu gün, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Bu gün, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Bu gün, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Bu gün, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Bu gün, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Bu gün, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Bu gün, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Bu gün, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Bu gün, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Bu gün, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Bu gün, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Bu gün, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Bu gün, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Bu gün, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Bu gün, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Bu gün, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər