Azərbaycan sərhədçiləri İrandan qaçaqmalçılıq yolu ilə 50 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısını alıblar. Bu barədə aprelin 28-də Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Aprelin 25-də Yardımlının Avaş kəndində iki naməlum şəxs İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozub. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şəxslər əllərindəki bağlamaları yerə ataraq geri qaçıblar. Ərazidən tapılan bağlamalardan 33 kiloqrama yaxın narkotik və “metadon-40” həbləri aşkarlanıb.
Aprelin 27-də Astaranın Alaşa kəndində bir nəfərin ərazidə yerləşən yarımtikiliyə yaxınlaşması və içərisindən bağlama götürməsi müşahidə edilib.
Ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılan şəxsin Astara rayonunun Məçitməhəllə kənd sakini olduğu müəyyənləşdirilib. Əlindəki bağlamaya keçirilən baxış zamanı oradan 16 kiloqramdan artıq narkotik götürülüb.
Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.