Sentyabrın 10-da İstanbulda Azərbaycan-Türkiyə-Türkmənistan biznes forumu keçiriləcək. Bu barədə 16 avqust tarixində Report forumun təşkilatçısı olan Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, forumda Türkiyənin ticarət naziri Ömər Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev iştirak edəcəklər.
“Foruma üç ölkənin biznes strukturlarının liderləri və iş adamlarının da qatılacağı gözlənilir”, - DEİK-dən qeyd edilib.