Bu gün, aprelin 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ceyhun Bayramov və Ararat Mirzoyan iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.
Danışıq çərçivəsində tərəflər Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunması barədə razılığa gəliblər.
Həmçinin humanitar sahədə atılan addımlar barədə danışıqlar aparılıb.