Azərbaycanın xarici işlər nazirinə iki yeni müavin təyin edilib. Bu barədə İnsanoid nazirliyin mətbuat xidməti idarəsinə istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X”də yazıb.
"Hörmətli diplomatlarımız Yalçın Rəfiyevin və Samir Şərifovun xarici işlər nazirinin müavinləri təyin edilmələri münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətimizin maraqlarının qorunması üzrə gələcək fəaliyyətlərində uğurlar arzulayıram!", - paylaşımda deyilir.