2021-ci ilin birinci rübü ilə müqayisədə Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 2,8 dəfə artıb. Bu haqda mayın 3-də Report xəbər paylaşıb.
Ötən ilin birinci rübündə ölkəyə 20 min nəfər, cari ilin eyni dövründə isə 56 min Rusiya vətəndaşı səfər edib.
Cari ilin yanvar-mart aylarında Rusiyanı tərk edən vətəndaşların Gürcüstana, Özbəkistana, Tacikistana və İslam ölkələrinə axını artıb.