top
Azərbaycanda 39 məktəb BAĞLANIB
13 mart 2025, 23:26
- ↺ +

Azərbaycanda 39 məktəb BAĞLANIB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddət əvvəl xərclərin optimallaşdırılması məqsədilə məktəblərin bağlanacağı xəbəri ölkədə ciddi müzakirələrə səbəb olub. Belə ki, Milli Məclisin plenar iclasındakı çıxışlarda təxminən 4 400 məktəbdən 1500-nin bağlanılmasının planlaşdırıldığı və bunun da bəzi kəndlərin boşalmasına səbəb olacağı bildirilib.

Elm və təhsil naziri Emin Əmrullayev müzakirələrə son qoymaq üçün rəsmi "Facebook" səhifəsində sözügedən məsələyə aydınlıq gətirib.

"Hazırda ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.

Şagird sayı az olan məktəblərdə bir şagirdə düşən illik xərc olduqca yüksəkdir, lakin tədrisin keyfiyyəti aşağı səviyyədə qalır. Məsələn, 5 şagirdi olan bir məktəbdə hər şagird üçün illik xərc 25-27 min manat təşkil edir. Şagird sayı 10-15 nəfər olan məktəblərdə isə bu rəqəm 13-15 min manatdır ki, bu da bəzi özəl məktəblərin təhsil haqqından çoxdur.

Təhsilin keyfiyyətini artırmaq və dayanıqlı təhsil imkanları yaratmaq üçün azkomplektli məktəblərin rasionallaşdırılması mərhələli şəkildə həyata keçirilir" - deyə o qeyd edib.

İnsanoid.com xəbər verir ki, ötən il xərclərin optimallaşdırılması məqsədi ilə ölkəmizdə ümumilikdə 39 məktəb ləğv edilib, 25-i yaradılıb və 4 məktəbin tipi dəyişdirilib. Bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.

Belə ki, 2024-cü ildə Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 292, 333, 334, 335, 337 nömrəli tam orta məktəblər, Abşeron-Xızı Xırdalan Regional Təhsil İdarəsinin tabeliyində Xırdalan şəhər 11 nömrəli tam orta məktəbi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Şəmkir rayonu Günəşli kənd tam orta məktəbi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Samux rayonu Seyidlər kənd tam orta məktəbi yaradılıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Tovuz şəhəri M.Ələkbərov adına tam orta məktəbi Fizika, riyaziyyat və informatika təmayüllü məktəbə çevrilib, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbi Humanitar fənlər təmayüllü liseyə çevrilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusar rayonu Çərtgün kənd ibtidai məktəbi, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa şəhəri 6 nömrəli, Xocalı rayon 2 nömrəli, Ağdam rayonu 149 nömrəli tam orta məktəbləri ləğv edilib.

Ümumilikdə, 2024-cü ildə 39 məktəb ləğv edilib.

Son xəbərlər

İdman
Bu gün, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
Bu gün, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
Bu gün, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
Bu gün, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Bu gün, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Bu gün, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oxşar xəbərlər