Xaçmazın Xudat şəhərində 36 yaşlı Samir Alxasovun qətli ilə bağlı məhkəmə prosesi sona çatıb.
İnsanoid Qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 55 yaşlı Oruc Nəsrullayevə hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri (xuliqanlıq məqsədilə və xüsusi amansızlıqla qəsdən adam öldürmə) ilə təqsirli bilinib.
Hadisə zamanı hər iki şəxs sərxoş olub. Məhkəmədə O.Nəsrullayev Samiri öldürmədiyini, onun hələ də sağ olduğunu və Xudatda yaşadığını bildirib. Həmçinin, O.Nəsrullayev, Samirin manyak olduğunu və insanları kəsib onların ətini yemək istədiyini iddia edib.