Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir. Report-un məlumatına görə, bu, aprelin 26-da Milli Məclisin iclasında təklif olunub.
Qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına görə hansı hallarda cərimə, hansı hallarda azadlıqdan məhrumetmə cəzaları tətbiq olunacağı yenidən müəyyənləşir.
Hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, satış məqsədi olmadan narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.