Ölkəmizdə hər 100 nəfərdən 85-i inernetdən istifadə edir. Bu haqda aprelin 21-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən Report xəbər verib.
Məlumatda deyilir ki, dünya üzrə orta göstərici 63, Avropa üzrə orta göstərici 83 nəfərdir.
Qeyd edək ki, Speedtest Global Index-in mart ayı üçün olan reytinqinə əsasən, Azərbaycan sabit internetin sürətinə görə 119-cu, mobil internetin sürətinə görə isə 63-cü yeri tutub.