Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir. Bununla bağlı aprelin 22-də Nazirlər Kabineti müvafiq qərar verib.
Sözügedən qərara əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb. Mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycan beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.