Bu gün Azərbaycanda Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu barədə 27 sentyabr tarixində İnsanoid xəbər verir.
Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit verib.
[playlist type="video" tracklist="false" ids="132825"]