Milli Məclisə seçkilərdə 6 477 seçki məntəqəsi fəaliyyət göstərir. Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Bu barədə 16 avqust tarixində APA məlumat verib.
MSK sədri bildirib ki, onlardan 6 343 daimi, 134-ü isə müvəqqəti seçki məntəqələridir: “Seçicilərin sayı isə 6 421 073 nəfərdir”.