top
Azərbaycandakı universitetlərin yataqxanalarında vəziyyət necədir?
13 avqust 2024, 02:52
- ↺ +

Azərbaycandakı universitetlərin yataqxanalarında vəziyyət necədir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan universitetlərində yeni tədris ilində tələbələri narahat edən ən vacib məsələlərdən biri olan yataqxanalardakı vəziyyətlə bağlı araşdırma aparılıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 13 avqust tarixində xəbər verir.

Yeni tədris ilinə görə kirayə mənzillərin qiymətində də artım müşahidə edilir. Ona görə də kirayə mənzil tutmağa maddi imkanı çatmayan tələbələr oxuduqları universitetlərin yataqxanalarına üz tuturlar. Təəssüf ki, ölkədəki universitetlərin də hamısının yataqxanası yoxdur.

Mövzunun aktuallığını nəzərə alaraq bəzi universitetlərin yataqxanaları, oradakı mövcud şəraiti və qiymətlərini araşdırıb.

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, BDU-nun “Tələbə Evi” 220 nəfərlikdir:

“Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş bir nəfər üçün 75 manatdır”.

Azərbaycan Texniki Universitetinin (AzTU) yataqxanasında qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Qeyd edilib ki, son illər binalarda 124 ailə yaşayıb, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, təhsil müəssisəsinin yataqxanası 320 nəfərlikdir, bir otaq 100 manatdır, hər otaqda 2-3 tələbə qala bilir.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) qeyd edilib ki, universitetin 5 yataqxanası var. Yataqxanalarda məcburi köçkünlər məskunlaşdıqları üçün tələbələrin istifadəsinə verilə bilmir. Onlar köçürüldükdən sonra yataqxanalar yenilənərək tələbələrin istifadəsinə verilə biləcək.

Xəzər Universitetdən isə bildirilib ki, ali təhsil müəssisəsinin yataqxanası 98 nəfərlikdir. Bir mərtəbə tam qızlara aiddir. Digər mərtəbələr oğlanlara aiddir. Aylığı 120-150 manat arasında dəyişir.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, universitetin Bakıda 5 yataqxanası var. Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb.

Hazırda Azərbayacan Tibb Universitetində isə 4 yataqxana fəaliyyət göstərir, 3 saylı yataqxana isə əsaslı təmirə dayandırılıb. Yataqxanaların ümumi tutumu 1 000 nəfərə yaxındır:

“1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz və 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar. Hər il tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prossesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar. 2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Ödəniş tək nəfərlik otaqlar ayda 110 azn, 2 nəfərlik otaqlar ayda 80 azn, 3-4 nəfərlik otaqlar isə 60 azn təşkil edir”.

Məlumatda həmçinin bildirilib ki, şəhid ailələri və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilir:

“Qazi uşaqlarına və I qrup əlil valideyini olan tələbələrə də müəyyən güzəştlər edilir. Universitet yataqxanaları həmişə Rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur”.

Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, 2024/2025-ci tədris ilində 500 və ondan daha çox balla nəticə göstərmiş hər bir tələbə pulsuz yataqxana ilə təmin olunacaq:

“Yataqxanada ödəniş 1 tələbə üçün 50 AZN təşkil edir. Yataqxananın tutumu ümumi 256 yerlikdir Yataqxananın yenilənməsi nəzərdə tutulmur.2019-cu ildə yenidən əsaslı təmir olunduğu üçün.Yeni yataqxananın tikilməsi gələcəkdə nəzərdə tutula bilər”.

Bu il Xankəndidə tədrisə başlayaq Qarabağ Universitetində nəzərdə tutulan yataqxana həm müəllimlər, həm də tələbələr üçün ödənişsiz olacaq.

Azərbaycan Dillər Universitetindən bildirilib ki, ali təhsil müəssisəsinin 2 saylı yataqxanası qızlar üçün nəzərdə tutulub, 205 nəfərlikdir, xidmət haqqı 30 manat təşkil edir:

"Oğlanlar üçün isə 1 saylı yataqxana məcburi köçkünlər yerləşdirildiyi üçün hazırda tələbələr üçün fəaliyyət göstərmir. Lakin oradakı ailələr doğma yurda qayıtdıqdan sonra yataqxana təmir olunaraq tələbələrin istifadəsinə veriləcək".

Lənkəran Dövlət Universitetindən (LDU) məlumat verilib ki, 2019-cu ildə universitetin 1 saylı tədris binasına bitişik 4 mərtəbəli yeni tədris binası tikilib, eyni zamanda yeni 3 saylı tədris binası və müasir tipli 160 nəfərlik yataqxana binası tikilərək istifadəyə verilib. Xidmət haqqı 60 manatdır. Bütün kommunal xərclər daxildir.

Bakı Mühəndislik Universiteti (BMU) ilə də maraqlandıq. Universitetdən bildirilib ki, oğlan və qızlar üçün 300 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir, xidmət haqqı 50 manatdır:

“Yataqxanadakı 77 otağın hər biri 4 nəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Əlavə olaraq hər iki yataqxanada yaxınlarını görmək üçün gələn valideynlər üçün qonaq otaqları mövcuddur.Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Hər iki binada bufet və gündə 3 dəfə zəngin çeşidli qidalarla tələbələrə xidmət edən yeməkxanalar mövcuddur. Yataqxanalarda camaşırxana, dərzi otaqları fəaliyyət göstərir. Ümumi işlək yerlər və tələbə otaqları hər gün təmizlik işçiləri tərəfindən təmizlənir”.

Mingəçevir Dövlət Universitetindən (MDU) məlumat verilib ki, hazırda universitetin yataqxanası mövcud deyil:

“Hazırda MDU-nun 7 hektarlıq ərazidə kampusu tikilməkdədir. 10 000 nəfərlik tələbə kontingentinin yerləşə biləcəyi kampusda yataqxana, otel binası, qonaq alimlərin qala bilməsi üçün studio tipli mənzillər yer alacaqdır”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Bu gün, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Bu gün, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Bu gün, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Dünən, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Dünən, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Dünən, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Dünən, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Dünən, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Dünən, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Dünən, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Dünən, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Dünən, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Dünən, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Dünən, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Dünən, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Oxşar xəbərlər