Azərbaycan təbii qazını Yunanıstandan Bolqarıstana çatdıracaq qaz kəməri (İGB) 92% hazırdır. Bu barədə 28 aprel tarixində ICGB layihə şirkətinin (layihənin operatoru) icraçı direktoru Teodora Georievaya istinadən APA məlumat verib.
Qeyd edək ki, tikilən qaz kəmərinin uzunluğu 182 kilometrdir. Direktorun sözlərinə görə, cari il iyunun sonunadək interkonnektor fiziki cəhətdən hazır olmalıdır, iyul ayında isə qaz sınaqlarına başlanılacaq. Layihə çərçivəsində həm Bolqarıstan, həm də Yunanıstanda qalıq iş var.
Qeyd edək ki, hazırda Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində mövcud birləşdirici xətlə nəql edilir. IGB boru kəmərinin illik ötürmə gücü 3 milyard kubmetr olacaq. Cari ilin sentyabr ayından Azərbaycan qazının Bolqarıstana bu kəmər vasitəsilə çatdırılması gözlənilir.