Azərbaycan dünyanın məşhur incəsənət platformalarından biri olan 59-cu Venesiya Biennalesində təmsil olunur. Aprelin 21-də açılan pavilyon “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusunda təşkil edilib. Bu haqda Heydər Əliyev Fondu məlumat yayıb.
Milli pavilyon Venesiyanın mərkəzi Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında açılıb.
Sərgidə 7 rəssamımız - Juk (Nərmin İsrafilova), İnfinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri nümayiş olunur. Tədbir noyabrın 27-dək davam edəcək.
Qeyd edək ki, iki ildən bir keçirilən Venesiya Biennalesində ölkəmiz 2007-ci ildən iştirak edir.
[URIS id=43836]