top
Azərbaycanın ilk sərhədçi generalının doğum günüdür
25 oktyabr 2024, 02:45
- +

Azərbaycanın ilk sərhədçi generalının doğum günüdür

Bu gün Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirovun doğum günüdür.

İnsanoid.com xəbər verir ki, yaşasaydı, Mustafa Nəsirovun 103 yaşı olacaqdı. Amma onun kimi insanlar ölməzdir desək, yanılmarıq. O, yaşayır! Cismən olmasa da ruhən onu tanıyanlrın qəlbindədir.

Mustafa Nəsirov 25 oktyabr 1921-ci ildə Dərbənd şəhərində dünyaya göz açıb. Çətin günlərdən keçib yolları. Gəncliyi müharibə illərinə təsadüf edib. 1942-ci ildə hərbi xidmətə çağrılıb. O, hər zaman savadı, çevikliyi, tapşırılan işlərin öhdəsindən layiqincə gəlmək qabiliyyətinə malik olub. 21 yaşında Mustafa Nəsirov Saratov sərhəd qoşunlarının hərbi məktəbinə göndərilib. 1948-ci ilin oktyabr ayından SSRİ DTN-nin Hərbi İnstitutunun müdavimi olub. İnstitutu fərqlənmə diplomu ilə bitirib.

O, xidməti boyu hər zaman uğurlara imza atıb. Hər kəsin rəgbətini qazanıb. Bir neçə nəsl Azərbaycan sərhədçilərinin yetişməsində mühüm rol oynayıb.

Mustafa Nəsirov hər zaman fəxrlə qeyd edirdi ki, Milli Lider Heydər Əliyev onun karyerasının inkişafında mühüm rol oynayıb. "Həyatım boyu əldə etdiyim uğurlara görə Azərbycan xalqının dahi oğlu Heydər Əliyevə borcluyam", - General Nəsirov belə deyirdi.

Məhs 1968-ci ildə Heydər Əliyevin təşəbbüsüilə Bakıda SSRİ DTK-nin Zaqafqaziya sərhəd dairəsinin hərbi-əməliyyat söbəsinin rəis müavini vəzifəsinə təyin edilir. 1972-ci ilin dekabrından Bakıda HƏŞ-nin rəisi, SSRİ DTK – nin Zaqafqaziya sərhəd dairəsi ordusunun rəis müavini, dairənin Hərbi Şurasının və Azərbaycan Respublikası DTK-nin kolleqiyasının üzvü olur.

Onun hərbi bioqrafiyasının böyük hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. Polkovnik Mustafa Nəsirova general-mayor rütbəsi verilməsi münasibətilə onu ilk təbrik edən Heydər Əliyev olmuşdu. Yeri gəlmişkən qeyd edək ki, Mustafa müəllim keçmiş SSRİ-də poqonlarında general ulduzu olan ilk azərbaycanlı sərhədçi idi. Mustafa Cəfər oğlu bütün yuxarıda göstərilən vəzifələrdə sovet dövründə sərhəd qoşunlarında ilk azərbaycanlı-zabit kimi tarixə düşüb.

Xidməti dövründə general Mustafa Nəsirov bir çox mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Mustafa Cəfər oğlu Nəsirov "Şöhrət" ordeni ilə təltif edilib.

Ehtiyata buraxıldıqdan sonra bir neçə il Azərbaycan Respublikası Müharibə və Əmək Veteranları Şurasının sədri vəzifəsində çalışmış Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan milli təhlükəsizlik nazirinin sərhəd məsələləri üzrə böyük müşaviri olur.

Mustafa Cəfər oğlu Nəsirov Azərbaycanda milli kadrların hazırlanmasında mühüm xidmətləri var. Bu gün Azərbaycanın neçə-neçə zabiti generalın yolunu uğurla davam etdirir.
Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 27 may 2012-ci ildə Bakıda vəfat edib.

Ruhun şad olsun, cənab general!

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:47

Tailandın Baş naziri rusiyalı bacı-qardaşın dəhşətli qətlindən sonra üzr istədi

Bütün Xəbərlər
Dünən, 14:32

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
Dünən, 13:59

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
Dünən, 12:25

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bütün Xəbərlər
Dünən, 10:08

MİQ-in nəticələri açıqlanıb, 8 sualda səhv olub

Bütün Xəbərlər
Dünən, 09:15

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün Xəbərlər
Dünən, 09:12

Prezident İlham Əliyev sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
31 iyul 2026, 21:55

Bu yollar 2 gün bağlı olacaq

Bütün Xəbərlər
31 iyul 2026, 18:02

AAAF Park Yaşayış Kompleksində antisanitariya - Sakinlər narazıdırlar + VİDEO

Bütün Xəbərlər
31 iyul 2026, 17:51

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

Bütün Xəbərlər
31 iyul 2026, 16:31

DİM rəhbəri: "Bir sıra aqrar ixtisaslar üzrə 150 balla dövlət sifarişli yerlərə qəbul mümkündür"

Bütün Xəbərlər
31 iyul 2026, 16:23

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub - FOTO

Bütün Xəbərlər
31 iyul 2026, 16:06

Məleykə Abbaszadə: "150–200 bal toplayan abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanı geniş olacaq"

Bütün Xəbərlər
31 iyul 2026, 16:02

DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir

Bütün Xəbərlər
31 iyul 2026, 15:44

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Bütün Xəbərlər
31 iyul 2026, 15:15

Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı QƏRAR

Bütün Xəbərlər
31 iyul 2026, 13:45

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Bütün Xəbərlər
31 iyul 2026, 12:22

Sabah 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
31 iyul 2026, 12:06

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Bütün Xəbərlər
31 iyul 2026, 11:56

Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU

Bütün Xəbərlər
31 iyul 2026, 11:10

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb

Bütün Xəbərlər
31 iyul 2026, 09:45

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
31 iyul 2026, 09:28

Sadır Japarov Azərbaycan–Qırğızıstan dostluğunu Nizami Gəncəvinin sözləri ilə ifadə etdi

Bütün Xəbərlər
31 iyul 2026, 09:24

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

Oxşar xəbərlər