Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul (ÜDM) istehsalı ilin ilk rübü ilə müqayisədə rekord həddə - 10,3% artaraq 15 milyard 9,9 milyon manata çatıb. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter səhifəsində məlumat verib.
2022-ci ilin ilk 3 ayı ərzində ölkəmizdə 30 milyard manatlıq ÜDM istehsal edilib.
Qeyri-neft-qaz sektoru üzrə #ÜDM ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə - 10,3% artaraq 15 mlrd. 9,9 mln. manata çatıb. Bu, #Azərbaycaniqtisadiyyatı-nda bərpa prosesinin sürətləndiyini göstərən mühüm göstəricidir.#EconomyAz #QeyriNeftQazSektoru pic.twitter.com/YjlKh6CenQ
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 22, 2022