“Azərkosmos” və İsveçrənin “Signalhorn” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə 27 aprel tarixində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.
Məlumata əsasən, İsveçrə şirkəti “Azerspace-1” peykinin C diapazonu vasitəsilə Afrika regionundan olan müştərilərinə xidmət göstərəcək. “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriyenin sözlərinə görə, “Siqnalhorn”la əməkdaşlıq Afrika regionundakı mövqeyi daha da gücləndirəcək, qabaqcıl, etibarlı və çevik həllər yeni layihələrə yol açacaq.
Qeyd edək ki, “Signalhorn” şirkəti qlobal miqyasda şəbəkə xidmətləri və kommunikasiya həlləri üzrə 40 ildən çox təcrübəyə malikdir.