Şuşanın bütün ticarət, ictimai iaşə, turizm, hərbi və mülki obyektləri 24 saat fasiləsiz su ilə təmin olunacaq. Bu haqda aprelin 28-də Report "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllıya istinadən məlumat paylaşıb.
Şəhərdə 2,6 kilometrlik təzyiqli magistral su xətti çəkiləcək. Buna səbəb qışda və yayda Şuşada su çatışmazlığı ehtimalı olub. Daşaltı kəndindən yuxarı hissədə su anbarı yaradılacaq. Onun sahilində isə nasos stansiyası inşa ediləcək.