Azərbaycanın telekommunikasiya bazarında abunəçi sayına görə lider mobil operator olan Azercell yeni “010” prefiksli nömrələri istifadəyə verib. Bu haqda şirkət noyabrın 10-da məlumat yayıb.
Nömrələri sayt vasitəsilə rəsmiləşdirmək olar. Onlayn ödəniş etdikdən sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir. Həmin kodu 7 gün ərzində istənilən “Azercell” satış məntəqəsinə təqdim etməklə yeni nömrəni almaq mümkündür.
“010” seriyalı nömrələr Vətən müharibəsində qalibiyyətin ilk ildönümünə həsr olunub”, - deyə şirkətin prezidenti Zərinə Zeynalova qeyd edib.
Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.