“Azeri Light” markalı neftinin bir barelinin qiyməti 0,57 dollar artaraq 73,98 dollar təşkil edib.
Pandemiyanın təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Son iki ildə Azərbaycan neftinin maksimum qiyməti 2021-ci ilin iyul ayının 5-də bir barel üçün 78,35 dollar qeydə alınıb.