“Aztelekom” MMC-nin “Şuşa” filialı fəaliyyətə başlayıb. Bu barədə yanvarın 6-da Report məlumat yayıb.
Bununla da qurumun filiallarının sayı 6-ya çatdırılıb. Bundan öncə şirkətin “Cənub Şirvan”, “Şimal-Qərb”, “Şimal-Şərq”, “Aran” və “Dağlıq Şirvan” regional filialları yaradılıb.
Qeyd olunub ki, filial rəhbərliyinə hələ ki, təyinat yoxdur.