Bugün, yanvarın 8-i günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat paylaşıb.
Məlumata əsasən, "AzTv"nin mühafizə şöbəsinin əməkdaşı, polis kiçik serjantı xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranaraq atəş açıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.