Bu gün, martın 16-sı bədii gimnastika üzrə Azərbaycan çempionatı start götürüb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
İki gün davam edəcək yarış Milli Gimnastika Arenasında baş tutacaq. Yarışlarda Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 41 idmançı birincilik uğrunda mübarizə aparacaq.
Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent) həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş tutacaq.
Sözügedən çempionata biletləri onlayn qaydada və şəhərin kassalarından əldə etmək olar.