Cari ildə indiyədək Bərdə rayonunda 29 386,13 ton pambıq təhvil verilib. Bu barədə 29 dekabr tarixində Rayonun İcra Hakimiyyətinə istinadən Azərtac məlumat verib.
Cari ildə rayonda 10 677,8 hektar sahədə pambıq əkilib. Gün ərzində 25-30 ton məhsul tədarük məntəqələrinə təhvil verilir. Bərdə rayonunda pambıq yığımı yekunlaşmaq üzrədir.