Bərdədə ümumi sahəsi 342 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib. Nəticədə bir nəfər həlak olub. Bu haqda yanvarın 11-də Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, evin yanar konstruksiyaları və ümumi sahəsi 18 kvadratmetr olan taxta konstruksiyadan ibarət talvar yanıb.
Yanğın zamanı 59 yaşlı yataq xəstəsi dünyasını dəyişib. Onun cəsədi aidiyyəti üzrə təhvil verilib.
Alov söndürülüb. Faktla bağlı araşdırma davam edir.