Dünən, aprelin 3-də Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulub.
Azərbaycan idmançıları yarışda 1 medal qazanıb. Elmar Qasımov (-100 kq) kanadalı idmançıya qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, 1-3 aprel tarixlərində keçirilən turnirdə Azərbaycanı 17 idmançı təmsil edib. 4-10 aprel tarixlərində eyni şəhərdə idmançılarımız təlim-məşq toplanışında iştirak edəcəklər.