Bakıda həkimi şantaj edən baş redaktorun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda 30 dekabr tarixində Report məlumat verib.
Belə ki, “www.sheffaf.az” portalının baş redaktoru özü üçün üstünlük əldə etmək məqsədi ilə 36 nömrəli Şəhər Poliklinikasının baş həkimini barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. O, 2018-ci ildən etibarən şantaj etdiyi şəxsdən 2 min manat pul alıb.
Faktla bağlı “təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə təqsirləndilirən şəxs barəsində məhkəmə işi başlanılıb.