Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrdə olub. Bu haqda dekabrın 30-da Müdafiə Nazirliyi məlumat verib.
O, Kəlbəcərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyərək döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.
Xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub.