Bərdədə bacısını öldürməkdə və onun sevgilisini bıçaqlamaqda təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 26-da Report məlumat verib.
Məlumata əsasən, cari ilin fevral ayının 14-də 30 yaşlı Bərdə sakini şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 32 yaşlı bacısını öldürüb, onun 29 yaşlı qeyri-rəsmi nikahda olduğu sevgilisinə isə xəsarət yetirib.
Saxlanılan şəxs “qəsdən adam öldürmə” və “iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd” maddələri ilə ittiham olunub.