Oktyabrın 20-də BNA-dan verilən məlumata görə, sabahdan 205 nömrəli avtobuslar “BakuBus” avtobusları ilə əvəz olunacaq.
205 nörməli marşrut xətti üzrə hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, marşrut xətti “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin “Nəsimi” stansiyasını əlaqələndirəcək.
Çoxsaylı vətəndaş müraciətləri əsasında aparılan təhlillər nəticəsində 205 nömrəli marşrut xətti üzrə sərnişindaşımaların təşkilində bir sıra nöqsanlar aşkar edilmişdi. Marşrutun nizamsız fəaliyyəti, intervalın gözlənilməməsi, marşrutun iş rejimində fasilələrin yaranması və digər sərnişindaşıma qaydalarının pozulması sərnişinlərin haqlı narazılığına səbəb olurdu.