Bakıda 5 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunub. Bu barədə yanvarın 10-da Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Dəyişikliyə əsasən, 15 və 22 nömrəli avtobuslar Qara Qarayev və Babək prospeklərindən keçəcək.
70 nömrəli marşrut xəttinin hərəkəti Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə olacaq.
53 nömrəli marşrutun hərəkət sxemi isə Qurban Xəlilov küçəsi – Landau küçəsi – Şəfaət Mehdiyev küçəsi – Bəxtiyar Vahabzadə küçəsi – Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsindən keçməklə təşkil edilib.
33 nömrəli avtobus 7-ci mikrorayon istiqamətində Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospektindən keçəcək.
Bununla yanaşı, 78 nömrəli marşrut xəttinin Azər Manafov küçəsindəki başlanğıc dayanacağı bərpa edilib.
[URIS id=22066]