Bakının Suraxanı rayonunda 6 yaşlı uşağı avtomobil vurub. Bu haqda martın 18-də Report xəbər verib.
Məlumata görə, azyaşlı yaralanıb. Xəstəxanada ona qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Bununla yanaşı, Bakının Yasamal rayonunda avtomobil yolu keçən 14 yaşlı yeniyetməni və 29 yaşlı qadını vurub. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam edir.