Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib. Bu barədə 10 mart tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səhifəsində məlumat verilib.
Məlumata əsasən, yaxın günlərdə digər bölgələr üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.