Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycandan Kanadaya göndərilən poçt bağlamasında narkotik aşkarlanıb. Bu barədə noyabrın 4-də Gömrük Komitəsindən məlumat verilib.
Gömrük nəzarəti zamanı xidməti it karton qutudan ibarət poçt bağlanmasına reaksiya verib. Qutuda 1 ədəd otbiçən maşın olduğu müəyyən edilib. Otbiçən maşının boş qalan hissələrində 3 kiloqrama yaxın tiryək aşkar edilib.
Gömrük əməkdaşları bağlamanın sahibini müəyyən edib və həmin şəxsin avtomobilinə baxış keçirib. Maşının salonunda 2 bükümdə metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.