Bakıda cibgirliklə məşğul olan 12 nəfər saxlanılıb. Bu haqda noyabrın 6-da DİN məlumat verib.
Onlardan 4 nəfər Nizami rayonunda avtobuslarda 10-a yaxın qadın sərnişinin cibindən və çantasından mobil telefonlar oğurlayıb.
Yasamal rayonunda da 2 nəfərin 7 qadının çantasından pul kisəsi və mobil telefonlar oğurladıqları müəyyən edilib.
Paytaxtın Xətai və Nəsimi rayonlarında 3 şəxsin oğurluq etdiyi sübüta yetirilib.
Həmçinin Sabunçu rayonunda 2 şəxsin 4 qadının çantasından pul kisəsi oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Bu tip əməllərdən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” zəng mərkəzinə məlumat verə bilərlər.